Bakıda restoranda baş verən yanğının qarşısı alınıb - YENİLƏNİB

Bakıda restoranda baş verən yanğının qarşısı alınıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli binanın birinci mərtəbəsində yerləşən restoranın mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Qeyd edək ki, hadisə paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48