Bakının Səbail rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə 28 May küçəsi ilə Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.
Qəza nəticəsində 22 yaşlı Nəbiyeva İradə Telman qızı və 1968-ci il təvəllüdlü Hacıyev Nəriman Ağalar oğlu xəsarət alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
N.Hacıyevin vəziyyəti orta ağır qiymətləndirilir.