Saxta sənədlə avtomobil satan şəxs tapılıb

Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycanda polis saxta sənədlə avtomobil satan şəxsi tapıb.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Gəncə şəhər sakini Seymur Rzayevin saxta etibarnamə tərtib edərək Sumqayıt şəhər sakinləri Nurəddin Vəliyevə məxsus "Mercedes", Şahin Ələkbərova məxsus "Mercedes" və Gəncə şəhər sakini Şamil Abbaslıya məxsus "Ford" markalı avtomobilləri satmasını Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları müəyyən edib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19
Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26