Sarayda fəhləni elektrik cərəyanı vuraraq öldürüb.
"Report"un xəbərinə görə, Saray qəsəbəsində yerləşən qəbristanlıqda fəhlə işləyən Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Ramin Əliş oğlu Mehdiyevin ehtiyatsızlıqdan naqilə toxunması nəticəsində elektrik cərəyanı vurub və o ölüb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.