Saray qəsəbəsində üçotaqlı evdə yanğın baş verib

Saray qəsəbəsində 3 otaqlı evdə yanğın hadisəsi baş verib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, Abşeron rayonunun Saray qəsəbəsində ümumi sahəsi 220 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağında yataq dəsti və mətbəxində 2 ədəd məişət avadanlığı yanıb.

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54