Sumqayıt. 31 may. REPORT.AZ/ Sumqayıt şəhərində minik avtomobili aşıb.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 1984-cü il təvəllüdlü yerli sakin Quliyev Səbuhi Ənvər oğlu şəxsi maşını ilə Bakıdan Sumqayıta gedərkən Saray postu deyilən ərazidə onu aşırdıb.
Nəticədə sürücü ağır xəsarətlər alaraq Sumqayıt şəhər TTYX-a çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti qənaətbəxşdir və o, ambulator müayinəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.