Saratovda baş verən yol qəzasında 3 nəfər ölüb

Bakı. 27 iyul. REPORT.AZ/ Saratov vilayətində iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzasında içərisində 1 uşaq olmaqla 3 nəfər həyatını itirib.

"Report" İTAR-TASS-a  istinadən xəbər verir ki, bu barədə vilayətin yol polisi idarəsindən məlumat verilib. 

Beləki "Nissan" və "Lada Kalina" avtomobillərinin toqquşması nəticəsində üç nəfər - o cümlədən uşaq həlak olub. Daha 5 nəfər isə ağır vəziyyətdə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Digər xəbərlər