Sankt-Peterburqda daha bir azərbaycanlı öldürülüb

Bakı. 26 Yanvar. REPORT.AZ/ Sankt-Peterburqda bıçaqlanma hadisəsi baş verib."Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, zərərçəkən Azərbaycan vətəndaşı olub.

Məlumata görə, yanvarın 25-də gecə Aleksandrovskaya xəstəxanasına Azərbaycan vətəndaşı olan 32 yaşlı kişi gətirilib. Amma xəstəxanaya gəlməsindən bir ssat sonra o, aldığı çoxsaylı bıçaq yaraları səbəbilə ölüb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, adı açıqlanmayan azərbaycanlı Krılenko küçəsindəki bilyard klubundan xəstəxanaya gətirilib və hazırda hadisə ilə bağlı istintaq aparılır.

Fakt üzrə cinayət işi açılıb.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56