Samuxda yol qəzası nəticəsində bir nəfər yaralanıb

Samux. 13 sentyabr. REPORT.AZ/ Axşam saatlarında Samux rayonunun İnstitut qəsəbəsində xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, qəsəbədə "Qazel" markalı avtomobil ilə minik maşınının toqquşması nəticəsində sürücülərdən biri, 1974-cü il təvəllüdlü Gəncə şəhər sakini Ceyhun Bayram oğlu Bağırov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47