Samuxda avtomobil piyadanı vurub, sürücü qaçıb

Samux rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Kolayı kənd ərazisində qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi bölməsinin əməkdaşları cəlb olunub. Xəsarət alan şəxs 1967-ci il təvəllüdlü Aydın Rəşid oğlu Rəhimovdur.

Qəzanı törətməkdə şübhəli bilinən sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45