Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub

Samux rayonunun Alıuşağı kəndində ölümlə nəticələnən avtomobil qəzası olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı 1998-ci il təvəllüdlü Səddam Mirzəyev dünyasını dəyişib.

Qəzanın "VAZ-2107" markalı avtomobilin maneəyə çırpılması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 6 otaqlı ev yanıb 06 mart, 2026 / 11:24