Samuxda maşın yolda qazılmış çalaya düşüb, sürücü ağır yaralanıb

Samux. 26 oktyabr. REPORT.AZ/ Samuxda bir nəfərin ağırxəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Hacıalılı kəndində yerli sakin, 1999-cu il təvəllüdlü Babayev Sahil Əmrah oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil yolda təmir işləri əlaqədar qazılmış çalaya düşüb.

Nəticədə sürücü ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Sürücünün sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47