Samuxda evdən 4500 manat oğurlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də rayon ərazisindəki evlərin birindən 4500 manat oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini M.Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.