Samuxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Samux rayon Çobanabdallı kəndində avtomobilin vurduğu piyada yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, avqustun 16-da axşam saatlarında Samux rayon Çobanabdallı kəndində avtomobil, 1997-ci il təvəllüdlü R.Fərzəliyevi vurub.

O, ağır xəsarətlərlə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17