Samuxda avtomobil piyadanı vuraraq öldürüb 

Samux rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Çobanabdallıda qeydə alınıb.

Avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1964-cü il təvəllüdlü Natiq Xəlilovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13