Samux rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Köbər kəndində baş verib.
Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil "VAZ" markalı avtomobillə toqquşub və sonra yol kənarına aşıb. Qəza nəticəsində 2 nəfər - Rafiq Qasımov və Rüstəm Mustafayev xəsarət alıblar. Yaralıların hər ikisi xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.