Samuxda 2 qardaş mübahisə zəminində xəsarət alıb

Samux rayonunda şəxsi münasibətlər zəminində düşən əlbəyaxa dava zamanı 2 qardaş xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Çobanabdallı kəndində qeydə alınıb. Belə ki, tərəflər arasında hələ məlum olmayan səbəblərdən düşən əlbəyaxa dava zamanı 2 qardaş müxtəlif xəsarətlər alıb. Onlardan birinin aldığı xəsarətlər daha ciddi olduğundan xəstəxanaya yerləşdirilib. Digər şəxs isə xəstəxanaya getməkdən imtina edib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54