​Samux şəhərində 5 otaqlı ev yanıb

Bakı. 24 aprel. REPORT.AZ/ Samux şəhərində vətəndaşa məxsus birmərtəbəli 5 otaqlı evin tavan və dam örtüyünün yanar konstruksiyaları yanıb.

"Report" xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Xocavənddə traktor minaya düşüb 08 avqust, 2026 / 10:41