Samux sakinini ilan sancıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Samux sakinini ilan sancıb. "Report" xəbər verir ki, rayonun Əlibayramlı kənd sakini, 1974-cü il təvəllüdlü Lətifcan Məhiəddin oğlu Süleymanov sağ baldırının ilansancma diaqnozu ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəyə zəhər əleyhinə zərdab vurulub. 

Xəstənin həyatına təhlükə aradan qaldırılıb, vəziyyəti stabilləşməyə doğru gedir.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41