Samur-Abşeron kanalından kişi meyiti tapılıb

Samur-Abşeron kanalında kişi meyiti tapılıb.

"Report"un Şimal bürosunu məlumatına görə, meyit kanalın Quba rayonunun Gədikqışlaq kəndi ərazisindən keçən hissəsində aşkar olunub.

İlkin məlumata görə onun Quba rayonu Paşaoba kənd sakini, 1967-ci il təvəllüdlü Güloğlan Gülbaba oğlu Məmmədrzayev olduğu bildirilir.

Onun hansı şəraitdə suya düşdüyü məlum deyil.

Faktla bağlı araşdırma başlanılıb.

Digər xəbərlər