Avtomobil Samur-Abşeron kanalına düşüb, sürücünün axtarışları davam etdirilir - YENİLƏNİB

9 avqust 2024-cü il tarixində Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə ilkin ehtimala görə içərisində 1 nəfərin olduğu avtomobilin Taxtakörpü su kanalına düşməsi ilə əlaqədar əraziyə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işləri davam etdirilir.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Hazırda batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Əliyev Abusət Xanlar oğlunun axtarışları dalğıc-xilasedicilər tərəfindən fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.

10:18

Samur- Abşeron kanalının "Şəfəq" qəsəbəsindən keçən hissəsində avtomobil kanala düşüb.

"Report" un yerli bürosunun məlumatına görə, Abusət Əliyevin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Samur-Abşeron kanalına düşüb.

Avtomobil sudan çıxarılsa da, Abusət Əliyev tapılmayıb. Onun axtarışları davam etdirilir.

Qeyd edək ki, A.Əliyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19