Şamaxıda yol qəzasında ata və iki azyaşlı övladı xəsarət aldı

Şamaxı rayonununda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Çağan kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Namazov Müzəffər Qəzənfər oğlu və onun iki azyaşlı övladı - 2008-ci il təvəllüdlü Namazova Aysel Müzəffər qızı, habelə 2009-cu il təvəllüdlü Namazov Anar Müzəffər oğlu müxtəlif xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47