Şamaxıda yeniyetməni avtomobil vurub

Şamaxı rayonunda yeniyetməni avtomobil vurub.

"Report"un Şirvan bürosunun məlumatına görə, 2005-ci il təvəllüdlü Ruzi Həmidov yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. 

Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəzanı törədib hadisə yerindən qaçan sürücünün kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47