Şamaxıda yaşlı kişi ikinci mərtəbədən yıxılaraq boyun fəqərəsini qırıb

Şamaxı. 21 may. REPORT.AZ/ Şamaxı rayonunda bədbəxt hadisə nəticəsində 1 nəfər ağır xəsarət alıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, 1960-cı il təvəllüdlü Bakı sakini Rüstəmov Abı Balakişi oğlu Şamaxıda ehtiyatsızlıqdan ikinci mərtəbədən yerə yıxılıb.

Zərərçəkmiş boyun fəqərəsinin qapalı sınığı ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər