Şamaxıda yük maşını aşıb, xəsarət alan var

Şamaxıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Göylər kəndində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Musayıbov Təhmasib İqrar oğlu idarə etdiyi yük maşınını aşırıb. Nəticədə o, xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bud sümüyünün sınığı və kəllə-beyin travması diaqnozu qoyulub.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41