Şamaxıda ölümlə nəticələnən yol qəzası baş verib

Şamaxı. 22 iyul. REPORT.AZ/ Şamaxı şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. "Report"un Şirvan bürosunun məlumatına görə, iyulun 21-də saat 17 radələrində Şamaxı şəhər sakinləri Rəhim Ömərovun idarə etdiyi “Mercedes” və Qahir Alıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə Q.Alıyev hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 15 aprel, 2026 / 07:43