Şamaxıda oğul atasını bıçaqlayıb

Şamaxıda oğul atasını bıçaqlayıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Sabir qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 37 yaşlı Anar Ağayev ailə-məişət mübahisəsi zəminində atası, 67 yaşlı Məmməd Ağayevə kəsici alətlə xəsarət yetirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05