Şamaxıda ər və arvad dəm qazından zəhərlənib, biri ölüb

Şamaxıda ər və arvad dəm qazından zəhərlənib, biri ölüb.

"Report" xəbər verir ki, hadisə rayonun Mərzəndiyə kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri 1956-cı il təvəllüdlü Elxan Əhmədov və onun həyat yoldaşı 1956-cı il təvəllüdlü Zemfira Əhmədova yaşadıqları fərdi yaşayış evinin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənib.

Nəticədə Elxan Əhmədov ölüb, Z.Əhmədova isə dəm qazından zəhərlənmə diaqnozu ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında müalicə alır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48