Şamaxıda dalaşan qardaşların hər ikisi xəstəxanaya yerləşdirilib

Bakı. 20 yanvar. REPORT.AZ/ Şamaxı rayonunda bir-biriləri ilə dalaşan qardaşların hər ikisi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, rayonun Mərzəndiyyə kəndində yaşayan rayon sakinləri - 1974-cü il təvəllüdlü Şəfiyev Mayıl Durdu oğlu və onun qardaşı, 1977-ci il təvəllüdlü Müşfiq dalaşıb. Qardaşların biri ayağından küt alətlə, digəri isə başından xəsarət alıb.

Onların hər ikisi Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Digər xəbərlər

Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26