Bakı. 7 noyabr. REPORT.AZ/ Şamaxı rayonunda avtomobil qaçıran şəxslər saxlanılıblar.
"Report"un Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə rayonun Şəhriyar qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Şamaxı rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-nə keçən gecə Şəhriyar qəsəbəsi ərazisindən Elşad Mehrəliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən qəsəbə sakinləri Şəhruz Eyvazzadə və əvvəllər məhkum olunmuş Məhəmməd Quliyev saxlanılıblar.