Şamaxıda avtomobil aşıb, 8 yaşlı uşaq ağır xəsarət alıb

Şamaxı rayonunun Göylər kəndində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı avtomobildə olan 8 yaşlı Hörmətzadə Uğur Tural oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14