Şamaxıda 8 yaşlı uşaq ağacdan yıxılaraq ağır xəsarət alıb

Şamaxı. 17 may. REPORT.AZ/ Şamaxı rayonunda 8 yaşlı uşaq ağacdan yıxılaraq ağır xəsarət alıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Muğanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 2010-cu il təvəllüdlü Cavid Vadil oğlu Rəsullu həyətlərindəki alça ağacından yıxılıb.

O, ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47