Xırdalanda 33, Şamaxıda 64 yaşlı kişi intihar edib

Şamaxı rayonunda 64 yaşlı kişi intihar edib.

"Report"un məlumatına görə, Çuxuryurd kəndində yaşayan, 1959-cu il təvəllüdlü Əlvan Təhməzov ağır xəstəlik səbəbindən yaşadığı evin həyətyanı sahəsində bağçadakı ağacdan özünü iplə asaraq intihar edib.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.

Bundan başqa, Xırdalan şəhərində yaşayan, 1990-cı il təvəllüdlü Fərid Kərimov Abşeron mədəniyyət evinin arxasında yerləşən parkdakı söhbətkeşdən özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıt sakini dənizdə batıb 10 avqust, 2026 / 10:52
Bilgəhdə kişi dənizdə boğulub 10 avqust, 2026 / 10:49