Şamaxıda 43 yaşlı kişi elektrik dirəkdən yıxılaraq ağır xəsarət alıb

Şamaxı. 18 may. REPORT.AZ/ Şamaxı rayonunda 43 yaşlı kişi elektrik dirəkdən yıxılaraq ağır xəsarət alıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Mədrəsə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Temiraz Alvis oğlu Allahverdiyev qəsəbədə naqilləri təmir edərkən elektrik dirəyindən yerə yıxılıb. Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Xəstəxananın Cərrahiyyə şöbəsindən verilən məlumata görə, T.Allahverdiyev ağır kəllə-beyin travması alıb, vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47