Şamaxıda 4 yaşlı uşağın üzərinə qaynar su tökülüb

Şamaxı. 23 aprel. REPORT.AZ/ Şamaxı rayonunda 4 yaşlı uşaq yanıb. 

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin M.Ə.Rəsulzadə 2 ünvanında qeydə alınıb.

Şamaxı şəhər sakini, 2014-cü il təvəllüdlü Mələk Əlyar qızı Səlimovanın üzərinə qaynar çaydan aşıb. Nəticədə azyaşlı ağır yanıq xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, körpənin hər iki ayağının aşağı ətrafı və pəncəsi 2-3-cü dərəcəli termiki yanıq xəsarətləri alıb.

Hazırda onun vəziyyəti kafidir. 

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45