Şamaxıda 32 yaşlı qadın intihara cəhd edib

Bakı. 27 yanvar. REPORT.AZ/ Şamaxı rayonunda 32 yaşlı qadın intihara cəhd edib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Çarhan kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü C.S. (ad və soyad şərtidir) sirkə turşusu içərək intihara cəhd edib. O, yaxınları tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin mədəsi yuyulub, hazırda Reanimasiya şöbəsində müalicə alır. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48
Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05