Şamaxıda gənc yol qəzasında ağır xəsarət aldı

Şamaxıda xəsarətlə nəticələnən yol qəzası olub.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Gülalıyev Şiralı Telman oğlu ağır xəsarət alıb. O, əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, sonra isə Bakıdakı xəstəxanalardan birinə göndərilib. Müayinə zamanı Ş.Gülalıyevə onurğa sümüyünün zədəsi diaqnozu qoyulub.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14