Şamaxı sakini donvurmadan ölüb

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycanın Şamaxı rayonunda donvurma nəticəsində bir nəfər dünyasını dəyişib. "Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, noyabrın 2-də Şamaxı rayonunun Nağaraxana kənd sakini Nikolay Kritin evdən çıxıb və geri qayıtmayıb.

Nikolay Kritinin üzərində zorakılıq əlamətləri görünməyən, donmuş halda olan meyiti Cabanı kəndində tapılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər