Salyanın polis rəisi işdən çıxarıldı

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Cəbrayıl Vəliyev vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, C.Vəliyev Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi təyin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. 

Digər xəbərlər

Bakıda mağazadan meyit tapılıb 12 yanvar, 2026 / 10:44
Şamaxıda zəlzələ olub 10 yanvar, 2026 / 19:12