Salyanda yük maşını aşıb, sürücü yaralanıb

Salyan. 15 sentyabr. REPORT.AZ/ Salyan rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakının Qaradağ rayon sakini, 33 yaşlı Elşən Qaçay oğlu Babayevin sükanı arxasında olduğu “KamAZ” markalı yük maşını idarəetməni itirərək aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27