Salyanda yolu keçən gənci avtomobil vurub

Salyan şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin X.R Ulutürk prospektində qeydə alınıb.

Salyan şəhər sakini, 2000-ci il təvəllüdlü Cavadova Rahidə Vasif qızı yolu keçən zaman avtomobil vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13