Salyanda zəncirvari qəza zamanı 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Salyan rayonu ərazisində baş verən yol qəzasının bəzi təfərrüatları məlum olub.

"Report"un Aran bürosunun məlumatına görə, zəncirvari qəza zamanı "İnfiniti", "Mazda", "VAZ-2107" markalı avtomobillər və mikroavtobus toqquşub.

Hadisə nəticəsində Qaraçala qəsəbə sakinləri - İsmayılov Nemət İbrahim oğlu, Əhmədov Ərəstun Ramazan oğlu və daha üç nəfər xəsarət alıb.

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, yol qəzası zamanı xəsarət alan 5 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37