Salyanda yol qəzasında iki nəfər xəsarət alıb

Salyanda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Təbriz Xəlilbəyli küçəsində qeydə alınıb. Belə ki, “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub. Hadisə zamanı “Hyundai” hasara çırpılıb, digər avtomobil isə yolun kənarına aşıb.

Qəza nəticəsində iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37