Salyanda yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB

Salyan rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

“Report”un Aran bürosu xəbər verir ki, “Ford” markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində Cəlilabad rayon sakinləri - 1939-cu il təvəllüdlü Şirinova Şarıgül və 1993-cü il təvəllüdlü Feyziyeva Aida Zahir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Onların vəziyyətlərinin ağır olduğu bildirilir. 


*** 16:28

Salyan rayonunda yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun Noxudlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47