Salyanda şagirdləri daşıyan mikroavtobus aşıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB-2

Salyanda qəzaya düşən mikroavtobus Şirvandan Cəlilabada yarışa gedən 2005-2008-ci il təvəllüdlü şagirdləri aparırmış.

"Report"un xəbərinə görə, "Mercedes markalı mikroavtobus idarəetməni itirməsi nəticəsində yolun kənarına aşıb.

Qəza nəticəsində 1 şagird - İlkin Adil oğlu Əhmədov ölüb, 6 nəfər - sürücü, 1980-ci il təvəllüdlü Samir Əhməd oğlu Əhmədov, 2008-ci il təvəllüdlü Ülvi Coşqun oğlu Ağayev, 2008-ci il təvəllüdlü Fərid Saleh oğlu Kazımov, 2005-ci il təvəllüdlü Hüseyn Əliağa oğlu Əzizov, 2007-ci il təvəllüdlü Kamal Samir oğlu Əhmədov, 2008-ci il təvəllüdlü Murad Əhməd oğlu Səfərov, 2007-ci il təvəllüdlü Əli Əfqan oğlu Kazımov və 2008-ci il təvəllüdlü Adəm Seymur oğlu Ramazanov xəsarət alıb. 


*** 09:47

Salyanda baş verən yol qəzası zamanı ölən və yaralananların olduğu bildirilir.

"Report"un xəbərinə görə, Ələt-Astara magistral yolunda mikroavtobus qəzaya uğrayıb.

Əlavə məlumat veriləcək.


*** 09:19

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

İlkin məlumata görə, baş verən qəza nəticəsində yaralananlar var.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26