Salyanda avtomobil 56 yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Yolüstü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mitsubishi” markalı avtomobil yolu keçmək istəyən Şirvan şəhər sakini, 1964-cü il təvəllüdlü Əhmədov Əbülfəz Akif oğlunu vurub. Kəllə-beyn travması alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41