Salyanda toyuq-cücə saxlanılan yarımtikili yanıb

Salyan. 5 mart. REPORT.AZ/ Salyanda yanğın baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Şorsulu kəndində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllülü Alışlı Həsən Əsədxan oğluna məxsus toyuq-cücə saxlanılan yarımtikili anidən alovlanıb. Hadisə yerinə gələn FHN-in Salyan yanğından mühafizə hissəsinin yanğısöndürənləri tərəfindən yanğın söndürüb. Buna baxmayaraq, yarımtikilidə olan 50-yə yaxın cücə və bəzi əşyalar yanaraq kül olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41