Salyan. 4 dekabr. REPORT.AZ/ Salyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan daha 3 nəfərin şəxsiyyəti məlum olub.
"Report" un Aran bürosu xəbər verir ki, 1959-cu il təvəllüdlü İbrahimova Səmayə Qulam qızı, 1991-ci il təvəllüdlü İbrahimova Yeganə Cahanşah qızı və 1968-ci il təvəllüdlü Zülfüqarov Mənsur İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
*** 13:28
Salyan. 4 dekabr. REPORT.AZ/ Salyan rayonunda sərnişin mikroavtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alanlardan ikisinin adı məlum olub.
“Report”un Aran bürosu xəbər verir ki, sərnişindaşıyan mikroavtobusla “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində Salyan rayon sakinləri, 1969-cu il təvəllüdlü Hüseynova Məhəbbət Sabir qızı və 1964-cü il təvəllüdlü Səlimova İlhamə Qəhrəman qızı ağır bədən xəsarətləri alıblar. Yaralılar ətrafdakıların köməklliyi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılılb. Məlumata görə, hadisə zamanı daha 3 nəfər xəsarət alıb. Onların üstündə sənədləri olmadığından və huşsuz vəziyyətdə olduqları üçün hələlik şəxsiyyətlərini dəqiqləşdirmək mümkün olmayıb.
*** 12:41
Salyan. 4 dekabr. REPORT.AZ/ Salyan rayonunda ağır yol-nəqliyyat hadisısi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sərnişindaşıyan mikroavtobusla “Mercedes” markalı minik avtomobili toqquşub.
Nəticədə bir neçə nəfər yaralanıb.
Faktla bağlı araşdırmalara başlanılılb.