Salyanda qayın yeznəsini bıçaqlayıb

Bakı. 17 aprel. REPORT.AZ/ Salyanda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Salyan şəhəri, Taleh Davudzadə küçəsi, bina 7, mənzil 14-də qeydə alınıb.

Həmin ünvanda yaşayan Vüqar Əfsər oğlu Məlikov alın nahiyəsindən kəsilmiş-deşilmiş yara ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralı Elxan adlı qaynı tərəfindən bıçaqlandığını iddia edib. Hadisənin səbəbi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39