Salyan rayonunda mal-qara oğrusu saxlanılıb.
“Report”un Aran bürosu xəbər verir ki, Şirvan şəhər sakini Abbasov Nicat Miraslan oğlu işlətdiyi “Dokto” MMC-yə məxsus aptekdən 585 manat məbləğində pul oğurlandığı barədə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.
Bununla bağlı polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Salyan rayonunun Peyk kənd sakini, 1992-ci il təvəllüdlü Eyvazlı Tahir Valeh oğlu saxlanılıb. İlkin istintaq zamanı törətdiyi cinayəti etiraf edən T.Eyvazlının digər oğurluq əməlləri də müəyyən edilib. Belə ki, onun atasına məxsus 2 baş, 3 kənddən isə müxtəlif vaxtlarda 25 baş xırdabuynuzlu heyvan və bir evdən qızıl-zinət əşyaları oğurladığı da məlum olub.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq davam etdirilir.